Modern.az

Lənkəranda futboldan sonra qalmaqal: “Neftçi”nin bayrağı yandırılıb

Lənkəranda futboldan sonra qalmaqal: “Neftçi”nin bayrağı yandırılıb

25 Sentyabr 2010, 23:04

Bu gün Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Oyundan sonra qalmaqal yaranıb. Qol.az-ın məlumatına görə, matç başa çatandan sonra yerli tərəfdarlarla Bakıdan Lənkərana təşrif buyuran qonaq azarkeşlər arasında münaqişə baş verib. Buna isə cənublu azarkeşlərin “Neftçi” fanatlarından klubun bayrağını almaq istəmələri səbəb olub. Onlar buna və hətta paytaxt klubunun bayrağını yandırmağa da nail olub.

 Hadisələrin daha da kəskinləşməsinə isə polislər, mühafizə işçiləri və daxili qoşunların əsgərləri mane olub. Lakin bu zaman da polislərlər mühafizə işçilərinin öz aralarında münaqişə yaranıb. Çünki “Xəzər Lənkəran” klubunun mühafizəçiləri öz azarkeşlərini müdafiə etməyə çalışdığından, polislər buna göz yummayıb.

Qeyd edək ki, hər iki komandanın tərəfdarları matçın son dəqiqələrinə kimi özlərini normal aparsa da, məhz meydan sahiblərinin 89-cu dəqiqədə hesabı açmasından sonra yerli azarkeşlər “Neftçi”nin ünvanına xoşagəlməz ifadələr səsləndirməyə başlayıb. Onların xüsusilə “Neftçi”-qaz” şüarları televiziya vasitəsilə oyunu izləyən bütün tamaşaçıların diqqətini çəkib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir