Modern.az

Rus məmurların maaşları

Rus məmurların maaşları

26 Sentyabr 2010, 00:16

Modern.az xəbər verir ki, Rusiya Statistika Komitəsi 2010-cu ilin birinici yarısı üçün məmurların orta aylıq əmək haqları barədə məlumatları açıqlayıb. Məlum olub ki, ən yüksək əmək haqqı alanlar hökümət aparatında işləyənlərdir. Onların orta aylıq əmək haqqı 88,5 min rubl olub. İkinci yerdə Hesablama Palatasının əməkdaşları gəlir. Yarım il ərzində onların orta aylıq əmək haqqı 81,7 min rubl olub. “Üçluyu” RF-nin Prezident Admnistrasiyası tamamlayır. Burada işləyənlərin aylıq əmək haqları 80,7 min rubl təşkil edir. Ən kasıb yaşayan məmurlar isə sən demə Miqrasiya Xidmətinin işçiləri imiş. Onların aylıq əmək haqqı ayda cəmi 29 min rubldur.  

Moskva şəhərinin özündə orta aylıq əmək haqqı isə 45,7 min rubl təşkil edir. Rusiya Statistika Komitəsinin hesablamalarına görə, federal nazirliklərin, xidmətlərin, agentliklərin orta aylıq əmək haqqı bu məbləğdən aşağıdır.  Satistik hesablamalara əsasən, dövlət qulluğunda işləyənlərin orta aylıq əmək haqqı 50,3 min rublu aşmır. 

Bir il öncə Statistika Komitəsi nəticələri təhlil edərək bildirmişdi ki, dövlət qulluğunda olan ən varlı rus məmurları Moskvada deyil, kənarda yaşayırlar. Belə ki, Yakutiyada, Nen muxtar mahalında, Novqorod  vilayətində yaşayan dövlət qulluqçuları daha yaxşı yaşayırlar.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır