Modern.az

Sudan zəhərlənən 28 uşaq öldü

Sudan zəhərlənən 28 uşaq öldü

Təhsil

15 May 2015, 23:08


Nigeriyada qurğuşun qatışıqlı sudan zəhərlənən yaşı 5-dən az olan uşaqlardan 28-i bir ay ərzində dünyasını dəyişib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Fidelis Nvankvo bəyan edib.

Məlumatda qeyd edilir ki, ölkənin mərkəzi ərazisindəki Niger ştatında aprel ayında 65 uşaq qurğuşundan zəhərlənib. “Uşaqların qanında qurğuşunun çox yüksək həddə olduğu aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyinə görə, qurğuşunun səviyyəsi normadan 17-22 dəfə çox olub”, - Nvankvo bəyan edib.

Yerli hakimiyyətin fikrincə, suyun zəhərlənməsinə səbəb qızıl çıxarılması ilə bağlı qanunsuz işdir. Nigeriyanın Zamfara ştatında da 2010-cu ildə belə bir hadisə baş verib. O zaman 163 nəfər zəhərlənmə nəticəsində həlak olub.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?