Modern.az

Azərbaycanlıların erməni oyunçusu tarixi şansı bərbad etdi - VİDEO

Azərbaycanlıların erməni oyunçusu tarixi şansı bərbad etdi - VİDEO

Təhsil

15 May 2015, 23:20


Mayın 15-də futbol üzrə İran çempionatında 2014/2015 mövsümünə yekun vurulub. Modern.az saytı xəbər verir ki, Təbrizin "Traktorsazi" klubu ilk dəfə İran çempionu olmaq üçün tarixi şansı əldən qaçırıb. Son tur ərəfəsində turnir cədvəlinə başçılıq edən Təbriz klubu Tehran "Neft"ini qəbul edib. Təbriz klubunun erməni əsilli hücumçusu Andranik Teymuriyan 67-ci dəqiqədə meydandan qovulandan sonra "Traktorsazi" çətin vəziyyətə düşüb.

Belə ki, hesabda 3:1 irəlidə olan "Traktorsazi" məhz Andranik Teymuriyanın meydancadan "gediş"indən 10-14 dəqiqə sonra iki top buraxaraq oyunu heç-heçəylə başa vurub – 3:3.

Nəticədə İran çempionu "Sepahan" klubu olub. Azərbaycanlıların "Traktorsazi" klubu mövsümü ikinci pillədə başa vursa da, Asiya Çempionlar Liqasına vəsiqə qazanıb. 





Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?