Modern.az

I Avropa Oyunlarının məşəli Gəncəyə çatdı - FOTOLAR

I Avropa Oyunlarının məşəli Gəncəyə çatdı - FOTOLAR

Təhsil

15 May 2015, 23:57

Mayın 15-də Gəncədə I Avropa Oyunlarının məşəli alovlanıb. Şəhərin mərkəzi meydanda məşəli “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul edib. Sonra 10 idmançı məşəl yürüşünə çıxıb. Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəliblər. Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə səhnədə məşəlin alovlandırılması mərasimi keçirilib. Məşəli sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırıb. Meydana toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olunubu.

Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Alov festivalının sonunda atəşfəşanlıq olub.









Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?