Modern.az

Qubad İbadoğlu iş adamlarının həbsindən DANIŞDI: “Hələ çox təəccüblənəcəyik”

Qubad İbadoğlu iş adamlarının həbsindən DANIŞDI: “Hələ çox təəccüblənəcəyik”

Təhsil

16 May 2015, 10:37


“Bu günlərdə məşhur bir filmdə (“Boqatıe toje plaçut” – Varlılar da ağlayır) olduğu kimi ağlamaq növbəsi varlılara çatdı. Oliqarxlarla da haqq-hesab çəkilən zaman yetişdi”.

Modern.az saytının məlumatına görə bunu iqtisadçı Qubad İbadoğlu son günlər Azərbaycanda tanınmış iş adamlarının həbsi ilə bağlı şərh verərkən deyib. Onun fikrincə, siyasi termin olan oliqarx dedikdə, iqtisadi mənada zənğin insan, tuz sahibkar, əli pulla oynayan iş adamı, maliyyə kralı, maqnat, plutokrat, burjua başa düşülür:

“Azərbaycanda sadalanan qruplardan hər birinə uyğun gələn milli oliqarx tapmaq olar. Onların varlanmalarının əsas səbəbinin öz qazancları deyil, kredit vəsaitləri olduğunu nəzərə alanda, haqlı sual ortalığa çıxır:

“Görəsən, 7-8 min manat kredit almaq üçün kiçik və orta sahibkarlardan biznes plan, kredit məbləğinin 2 qatından çox girov əmlakı tələb eləyən bank hansı maraqla mənasız bir layihəyə girovsuz və təminatsız 78 milyon manat vəsait ayırıb?

Təəssüf ki, belə hallar yalnız ölkə daxili deyil, həmçinin xarici biznes ortaqları ilə ölkə hüdudlarından kənarda birgə maliyyələşən layihələrdə də qeydə alınıb. Onların hər birinin maliyyələşməsi kiçik-orta sahibkarların və sadə vətəndaşların yüksək faizlərlə qaytardığı borclar və dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib”.

Ekspert qeyd edib ki, hazırda ictimaiyyətə məlum olanlar son illərdə baş verənlərin cüzi bir hissəsidir: “Ardı və davamı olarsa, onda hələ çox təəccüblənəcəyik”.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?