Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

16 May 2015, 14:42


Sabah Bakıda hava sakit keçsə də, bölgələrdə yenə şimşək və yağış proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mayın 17-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?