Modern.az

Azərbaycan prezidenti Özbəkistandadır

Azərbaycan prezidenti Özbəkistandadır

Təhsil

27 Sentyabr 2010, 13:26

Sentyabrın 27-də Özbəkistan Prezidentinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
AzərTAc xəbər verir ki, iqamətgahın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan prezidenti İslam Kərimov Azərbaycan prezidenti İlham Əliyevi iqamətgahın önündə qarşılayıb.
Prezidentlər iqamətgaha daxil olaraq, salonda dövlət bayraqları qarşısında xatirə şəkli çəkdiriblər. Sonra dövlət başçıları iqamətgahın qarşısına gəliblər. Azərbaycan və Özbəkistanın dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Prezidentlər hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İslam Kərimov Özbəkistanın yüksək vəzifəli şəxslərini Prezident İlham Əliyevə təqdim ediblər.
İlham Əliyev Azərbaycan nümayəndə heyətinin üzvlərini prezident İslam Kərimova təqdim edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə