Modern.az

YAP-da qapalı toplantı keçirilir

YAP-da qapalı toplantı keçirilir

Təhsil

27 Sentyabr 2010, 13:35

İclasa partiyanın icra katibi Əli Əhmədov sədrlik edir

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında qapalı toplantı keçirilir.


APA-nın məlumatına görə, YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədovun sədrliyi ilə keçirilən toplantıda onun müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və YAP-ın rəhbərliyinə daxil olan digər şəxslər iştirak edirlər. Toplantıda YAP-ın namizədlər siyahısı ilə bağlı məsələlərin müzakirə edildiyi bildirilir.


Qeyd edək ki, YAP-ın vahid namizədlər siyahısı sentyabrın 18-də açıqlanıb. Siyahıda 114 dairə üzrə namizəd irəli sürülüb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə