Modern.az

İcra başçısı Bakıda məskunlaşan məcburi köçkünlərlə görüşdü

İcra başçısı Bakıda məskunlaşan məcburi köçkünlərlə görüşdü

Təhsil

19 May 2015, 12:56

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev füzulili məcbiri köçkünlərin sıx məskunlaşdıqları Müşfiqabad, Mehdiabad qəsəbələrində və Nərimanov rayonunda səyyar qəbul-görüş keçirib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.

İcra başçısı deyib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal həll edilməsi, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir. Alı Alıyev qeyd edib ki, Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Füzuli rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanılır.

Görüşdə  Füzuli rayonundan olan məcburi köçkünlərin müraciət və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan məslələrin həlli mümkün olanları icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb və aiddiyati üzrə göndərilib.

Füzulili məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı bildiriblər, onlar ən böyük arzularının işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu qeyd ediblər.

Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Alı Alıyev vurğulayıb ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Füzulidə dalğalanmasıdır: “Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

İcra başçısı Prezidentin Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülən abadlıq-quruculuq işlərindən və görülməsi planlaşdırılan tədbirlərdən bəhs edib.




Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?