Modern.az

Yanğında xəsarət alan 15 nəfər xəstəxayana yerləşdirilib

Yanğında xəsarət alan 15 nəfər xəstəxayana yerləşdirilib

Təhsil

19 May 2015, 13:02


Səhiyyə Nazirliyi Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Modern.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətinin məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin “103” Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olub.

Məlumatdan dərhal sonra hadisə yerinə 30 briqada göndərilib. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilib.

Ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirlib. İlkin məlumata görə hadisə yerində biri azyaşlı olmaqla, iki ölüm faktı qeydə alınıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?