Modern.az

Bakıdakı yanğında ölənlərin sayı 7-yə çatdı

Bakıdakı yanğında ölənlərin sayı 7-yə çatdı

Təhsil

19 May 2015, 14:20


Bakının Azadlıq prospektindəki 16 mərtəbəli binada baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.  

Modern.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirliyin məlumatına görə, xəsarət alanların sayı isə 20 nəfərdir.

Onlar xəstəxanaya yerləşdiriliblər. Daha 6 nəfərə hadisə yerindəcə ilkin yardım göstərilib.

***

Səhiyyə Nazirliyi ölənlərlə bağlı yeni statistika açıqlayıb. Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:00 olan son məlumatlara əsasən 20 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. 

Bunlardan 14-ü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 3 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

 Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 7 nəfərdir. Daha 6 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?