May ayının 29-da Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək. Ötən müddətdə parlamentin İntizam Komissiyasına hansı müraciətlər daxil olub?
Bu barədə Milli Məclisin İntizam Komissiyasının üzvü Fazil Mustafa Modern.az saytına açıqlama verib. O bildirib ki, yalnız müraciətlər olanda sözügedən komissiya iclas keçirir.“Son vaxtlarda xüsusi əlahiddə hadisə olmayıb ki, İntizam Komissiyasına müraciət edilsin. Hər hansı müraciətlər olarsa, o zaman komissiya müzakirə üçün bir araya gələr”.
Aqşin Kərimov