ATƏT-in Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda parlament seçkisinin müşahidəsinə başlayır.
ATƏT-in Bakı Ofisindən Modern.az saytına verilən məlumata görə, bu gün qurumun Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosu parlament seçkisini müşahidə etmək məqsədi ilə Seçki Müşahidə Missiyasını Azərbaycanda yerləşdirib.
ATƏT-in Seçki Müşahidə Missiyasının başcısı səfir Odri Glover 28 sentiyabr, saat 14:00-da “Landmark” otelində mətbuat konfransı keçirəcək.
Modern.az