Modern.az

Qocalmanı ləngidən “CAVANLIQ İÇKİSİ”

Qocalmanı ləngidən “CAVANLIQ İÇKİSİ”

Mədəni̇yyət

22 May 2015, 21:28


Hələ qədim zamanlardan şərq təbibləri, loğmanlar cavanlığın ömrünü uzatmaq üçün bir çox üsullsrdan istifadə ediblər. Elə müasir dövrdə də uzunömrlülük üçün xalq təbabətində müxtəlif cövhərlər, həlimlər, içkilərdən güniş istifadə olunur.

Modern.az saytı sağlamlıq mövzusu ilə bağlı növbəti yazıda qocalmanı ləngidən “cavanlıq içkisi” haqqında bilgiləri təqdim edir.  

Orqanizmin qocalmasını ləngitmək üçün normal qan dövranı, orqanizmin vitamin və minerallarla təmin olunması, daxili orqanların, xüsusilə qaraciyərin zərərli maddələrdən təmizlənməsi, yuxu rejiminin qaydada olması, sinir sisteminin normal fəaliyyəti və maddələr mübadiləsinin düzgün tənzimlənməsi vacib faktorlardır. Eyni vaxtda sadalanları qaydada saxlamaq yəqin ki, çoxları üçün müşkül məsələdir. Ancaq mümkünsüz də deyil.

Xalq təbabətinin təqdim etdiyi və ev şəraitində hazırlanması mümkün olan “cavanlıq içkisi” sizi bir çox problemlərdən xilas etməklə yanaşı qocalmağınızı da ləngidəcək.

“Cavanlıq içkisi” necə hazırlanır?

100 qram təzə çəkilmiş narıngi şirəsinin üzərinə 200 qram ilıq su əlavə olunur. 2 çay qaşığı bal və üyüdücüdən (blender) keçirilən 2 xörək qaşığı qoz alınmış məhlulun üzərinə əlavə edilərək qarışdırılır.

Hazır içkini tələsmədən qurtum-qurtum içmək lazımdır.

Həftədə 3-4 dəfə “cavanlıq içkisi”ndən istifadə etməklə siz özünüzdə aşağıdakıları müşahidə edəcəksiniz:

1.     Dəriniz daha təravətli görünəcək

2.     Daimi yorğunluq sizi tərk edəcək

3.     Dərin və sağlam yuxuya malik olacaqsınız

4.     İştaha və həzm problemləriniz aradan qalxacaq

5.     Qaraciyər, öd kisəsi və bağırsaqlarınız zərərli maddələrdən təmizlənəcək

6.     Əsəbləriniz yerində olacaq, hər adi şeyə qıcıqlanmayacaqsınız

7.     İntim həyatınızda müsbət dəyişikliklərin şahidi olacaqsınız

8.     Özünüzü gümrah və sağlam hiss edəcəksiniz

Vaxtında “cavanlıq içkisi”ndən istifadə edin ki, qocalmamış cavanlığınızın ömrünü uzada biləsiniz.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı