Modern.az

Türk gəncdən qeyri-adi ixtira

Türk gəncdən qeyri-adi ixtira

23 May 2015, 10:39


Türkiyəli gənc qeyri-adi ixtiraya imza atıb. Belə ki, onun icad etdiyi üsulla artıq yeriyə-yeriyə ayaqqabı vasitəsilə telefona cərəyan yükləmək olacaq.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, 8-ci sinif şagirdi olan Fauk Aslan texniki dizayn mütəxəssisi olan müəlliməsinin rəhbərliyi ilə bu sistemi işə sala bilib.

O, “Addım-addım enerji” adını verdiyi bu ixtiraya görə artıq patent də alıb. İxtiraya əsasən ayaqqabının üzərinə vurulan 9 voltluq kiçik qurğu 200 metrdən sonra işə düşməyə başlayır və bu zaman həmin ayaqqabıya birləşdirilən telefona cərəyan ötürür.

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat