Modern.az

YAP İsa Qəmbərə və Əli Kərimliyə rəqib namziəd irəli sürməyəcək

YAP İsa Qəmbərə və Əli Kərimliyə rəqib namziəd irəli sürməyəcək

Təhsil

28 Sentyabr 2010, 17:41

Yeni Azərbaycan Partiyası 15 saylı Yasamal və  31 saylı Suraxanı ikinci seçki dairəsindən heç bir namizəd irəli sürməyəcək. Bu barədə Modern.az-a hakim partiyadan məlumat verilib. Partiya daxili müzakirələrdən sonra bu dairələrdən vahid namizəd kimi irəli sürdüyü Gülər Əhmədovanı və Əhməd Vəliyevi müvafiq olaraq 34 saylı Xətai və 107 saylı Qazax seçki dairəsindən dəstəkləməyi qərara alıb.
Beləliklə, YAP qərara alıb ki, 15 və 31 saylı dairələrdə müxalifət və bitərəf namizədlərin mübarizəsinə qatılmasın.

Xatırladaq ki, 15 saylı Yasamal ikinci seçki dairəsindən Müsavat başqanı İsa Qəmbər, 31 saylı Suraxanı ikinci seçki dairəsindən isə AXCP sədri Əli Kərimli deputatlığa namizədliyini irəli sürüb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü