Modern.az

Parlament seçkilərində “exit-pol” keçirmək istəyən ilk təşkilat bəlli oldu

Parlament seçkilərində “exit-pol” keçirmək istəyən ilk təşkilat bəlli oldu

Təhsil

28 Sentyabr 2010, 17:53

“Els” Müstəqil Araşdırmalar Mərkəzi 2010-cu il parlamet seçkiləri günü 118 dairədə hər birində  10 məntəqə olmaqla  “exit pool” tədqiqatı həyata keçirəcək. Mərkəzdən Modern.az-a verilən məlumata görə, artıq bununla bağlı mərkəz tələb olunan sənədlər paketini hazırlanıb.
Sənədlər paketinin yaxın günlərdə MSK-ya təqdim ediləcəyi planlaşdırılıb. Mərkəz tədqiqatın Bakıda və yerlərdə  həyata keçirilməsi üçün intervüerlərin seçimini başa çatdırıb. Oktyabrın 2-dən etibarən intervuerlərin hazirlanmasına start veriləcək.

Qeyd edək ki, Mərkəz 2008 ci il prezident seçkilərində və ötən il keçirilən bələdiyyə seçkilərində “exit pool” tədqiqatı həyata keçirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar