Modern.az

Azərbaycan hökuməti BMT-də yazılı hesabat verməlidir

Azərbaycan hökuməti BMT-də yazılı hesabat verməlidir

28 Sentyabr 2010, 19:11

Azərbaycan BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanın tələblərinə uyğun olaraq bu sahədə bir sıra addımlar atmağa hazırlaşır. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə YUNİSEF-in, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının və yerli Sosial Xidmətlər Təşəbbüsü QHT-sinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O qeyd edib ki, Azərbaycan sözügedən konvensiyanı 2009-cu ilin yanvarında ratifikasiya edib. Bundan sonra ölkə qanunvericiliyinin bu konvensiyaya uyğunlaşdırılması istiqamətində işlər başlayıb. Gələcəkdə də bu işlər davam etdiriləcək.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi Mark Herevard Azərbaycan qanunvericiliyinin sözügedən konvensiyaya uyğunlaşdırılması istiqamətində Milli Məclislə işləməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycan BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanı ratifikasiya edən ilk region dövlətidir. Bu konvensiyaya qoşulmağın böyük cəsarət tələb etdiyini bildirən məruzəçi Azərbaycanın bu istiqamətdəki səylərini alqışlayıb. Onun sözlərinə görə, konvensiya ümumilikdə əlillərə olan münasibətin dəyişdirilməsini istəyir. Belə ki, əvvəllər əlillər cəmiyyətin yardıma ehtiyacı olan xüsusi təbəqəsi kimi qələmə verilirdisə, indii onlara cəmiyyətin bərabərhüquqlu üzvü kimi münasibət göstərilməsi tövsiyyə edilir. M.Herevard əlavə edib ki, əlil ailələrinin köməksizlər kimi qələmə verilməsi də aradan qaldırılmalıdır. Ölkə daxilində elə bir şərait yaradılmalıdır ki, əlillər bütün hüquqlardan istifadə edə bilsinlər. M.Herevard onu da bildirib ki, konvensiyaya qoşulmaq Azərbaycanın üzərinə müəyyən öhdəliklər qoyub. Məsələn, 2011-ci ilin yanvarında Azərbaycan hökuməti konvensiyanın icrası ilə bağlı görülən işlərlə bağlı BMT-də yazılı hesabat verməlidir. Artıq bununla bağlı hazırlıqlara başlanıldığını deyən məruzəçi YUNİSEF-in Azərbaycan nümayəndəliyinin hesabatın hazırlanmasında hökumətə istənilən yardımı göstərməyə açıq olduğunu bildirib. Onun sözlərinə görə, YUNİSEF-in Azərbaycan nümayəndəliyi bu istiqamətdə hökumətlə yanaşı, Heydər Əliyev Fondu və yerli QHT-lərlə də əməkdaşlıq edir.

BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisinin rəhbəri Draqan Laloseviç konvensiyanın tətbiqində parlamentlərin rolu barədə məruzə edib. O deyib ki, parlamentarilər ilk növbədə ölkə qanunvericiliyinin konvensiyaya uyğunlaşdırılmasına töhfə verə bilərlər. Onların ikinci istiqaməti isə əlillərə münasibətin dəyişdirilməsi işində aparılan maarifləndirici tədbirlərə dəstək vermək olmalıdır. D.Laloseviç 2011-ci ilin yanvarında təqdim olunacaq hesabatın hazırlanmasınqda BMT-nin Ali Komissarlığının da hökumətə yardım göstərməyə hazır olduğunu bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir