Modern.az

Müsavat öz nümayəndələrini MSK-ya göndərib

Müsavat öz nümayəndələrini MSK-ya göndərib

29 Sentyabr 2010, 14:04

Bu gün Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya məlumat verib ki, iclasda seçki komissiyalarında Müsavat Partiyası üçün ayrılmış yerlərə nümayəndələr təyin etmək barədə qərar qəbul olunub.

“Biz eyni zamanda, bütün dairə seçki və məntəqə seçki komissiyalarının hər birinə nümayəndə təyin etmək niyyətindəyik”, - deyə Arif Hacılı əlavə edib.

Divanın bugünkü iclasında Mərkəzi Seçki Komissiyasındakı iki yerə nümayəndələr müəyyənləşdirilib. Bunlara Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-ya üzv olmuş bitərəf Ənvər Əliyevdir. Divanın qərarına əsasən, müxalifətdən olan MSK katibi vəzifəsinə də Gülağa Aslanlının namizədliyi irəli sürülüb.

A. Hacılı bildirib ki, bu qərar qəbul olunarkən indiyə qədər aparılan fəaliyyətin nəticələri, seçki strukturlarından və cəmiyyətdən olan çağırışlar, eyni zamanda beynəlxalq qurumların bununla bağlı mövqeləri nəzərə alınıb: “Müsavat Partiyasının belə bir qərar qəbul etməsi ilə heç də seçki komissiyalarının formalaşdırılması qaydasının dəyişdirilməsi və iddiaçı tərəflərin etimad göstərdiyi qaydada formalaşması ilə bağlı bizim əvvəlki tələblərimiz qüvvədən düşmür. Əksinə, bu tələblər daha ciddi şəkildə irəli sürüləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir