Ermənistanın diaspor naziri Qranuş Akopyan “erməni gözəli” ümumerməni müsabiqəsinin keçirilməsini təklif edib. O qeyd edib ki, bu müsabiqədə təkcə Ermənistanda deyil, bütün dünyada yaşayan erməni qızları iştirak edəcəklər. Modern.az-ın məlumatına görə, bu barədə erməni mətbuatı xəbər yayıb.
Bununla əlaqadar Qranuş iştirak etmək arzusunda olanlar üçün ideal erməni qızına vacib olan xüsusiyyətləri də açıqlayıb; erməni dilini yaxşı bilməli, milli mətbəxə yaxşı bələd olmalı, özünün hərəkətləri və əxlaqı ilə erməni qadını obrazına uyğun olmalı...
Təəsüf ki, erməni nazir “erməni qızlarının özlərini aparma qaydalarına və əxlaq uyğunluğu” məsələsinə aydınlıq gətirməyib. Belə ki, müsabiqəyə qatılacaq erməni gözəllərinin əxlaqi-mənəvi keyfiyətlərini necə müəyyən olunacağı bəlli deyil. Qalib “gözəl” nazirn əlindən “qızıl alma” mükafatını alacaq.
Modern.az