Modern.az

MSK deputat olmaq istəyən erməninin müraciətini hələ almayıb

MSK deputat olmaq istəyən erməninin müraciətini hələ almayıb

Təhsil

29 Sentyabr 2010, 18:42

“Mərkəzi Seçki Komissiyasına özünü erməni əsilli Azəbaycan vətəndaşı kimi təqdim edən və parlament seçkilərində qatılmaq istəyən Qriqori Ayvazyanın heç bir müraciəti daxil olmayıb”. Bu sözləri Modern.az-a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Azərbaycan Erməniləri Assamleyasının sədrinin Yerevanda dediklərinə münasibət bildirərkən söyləyib.

A.Sarıyevin sözlərinə görə, belə bir müraciət daxil olduqdan sonra onun barəsində fikir yürütmək olar.

Qeyd edək ki, özünü Azərbaycan Erməniləri Assambleyasının sədri kimi təqdim edən Qriqori Ayvazyan  İrəvanda keçirdiyi mətbuat konfransında rəsmi müraciətlə 7 noyabr parlament seçkisinə qatılmaq istədiyini bildirib. Jurnalistlərə açıqlama verən Ayvazyan Azərbaycanın Mərkəzi Seçki Komissiyasına, prezident İlham Əliyevə və xarici işlər naziri Elmar Məmmədyarova elektron poçt və faksla müraciətlər göndərdiyini söyləyib.

O, Azərbaycan ermənilərinə parlament seçkisinə qatılmaq imkanı verilməsini tələb edib. Qriqori Ayvazyanın sözlərinə görə, Azərbaycan ona seçkidə iştirak imkanı və təhlükəsizliyinə beynəlxalq təminat verməlidir.
“Azərbaycan Konstitusiyasına görə, bu ölkədə doğulmuş hər bir şəxs Azərbaycan vətəndaşıdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə