Modern.az

Muğam Müsabiqəsinin qalibləri SEÇİLDİ

Muğam Müsabiqəsinin qalibləri SEÇİLDİ

Mədəni̇yyət

29 May 2015, 23:44


Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, AzTV-nin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə reallaşan V “Muğam televiziya müsabiqəsi” mayın 29-da başa çatıb.

Modern.az saytı xəbər verir ki, təqminən 4 ay davam edən “Muğam müsabiqəsi-2015"in final konserti  Bakıdakı Beynəlxalq Muğam Mərkəzində təşkil olunub. Yekunda qaliblər müəyyənləşib.

Birinci yerə Nisbət Sədrayeva, ikinci yerə Məhəbbət Səfərov, üçüncü yerə isə Sədəf Budaqova layiq görülüb.

Qeyd edək ki, müsabiqənin qalibləri sırf münsiflərin səsverməsi nəticəsində müəyyən olunub. Münsiflər heyətinin tərkibinə muğam sənətinin biliciləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov daxil idi.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı