Modern.az

Ukraynanın sabiq prezidentindən şok açıqlama: “Jurnalistin qətlini ABŞ təşkli edib”

Ukraynanın sabiq prezidentindən şok açıqlama: “Jurnalistin qətlini ABŞ təşkli edib”

Təhsil

30 Sentyabr 2010, 12:05

Ukraynalı jurnalist Georgi Qonqadzenin öldürülməsini xarici xüsusi xidmət orqanları təşkil edib. Bu sensasiyalı açıqlama ilə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma çıxış edib. Modern.az UNİAN agentliyinə istinadən bildirir ki, Kuçma  bu hadisənin beynəlxalq təxribat olduğunu açıqlayıb.

“Bu beynəlxalq təxribat onun üçün edilmişdi ki, Ukrayna rəhbərliyini siyasi şantaj və təzyiq altında saxlasınlar. Bu təxribatın təşkilatçıları beş illik prezidentlik müddətimdə mənim həyatımı  zəhərə döndərdilər. Rahatlıq nə olduğunu bilmədim” –deyə Kuçma vurğulayıb.

Ukraynanın keçmiş prezidentin sözlərinə görə, həmin dövrdə keçirilən kütləvi aksiyalarda Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının iştirakını sübut edən faktlara malikdir.

Kuçma eyni zamanda qeyd edib ki, ABŞ-ın hazırkı siyasətindən razıdır. Vaşinqtonun indi dünyaya baxışının dəqişdiyini vurğulayan sabiq prezident deyib ki, superdövlət artıq dünyaya demokratiya ixracı ilə bağlı fikrindən əl çəkib.

Ukrayna hüquq-mühafizə orqanları Qonqadzenin qatillərinin tapıldığını elan etsə də, mərhum jurnalistin anası hesab edir ki, Georgeni sifariş edən əsl sifarişçiləri heç vaxt tapmaq olmayacaq. “Çünki bu qətldə bütöv bir sistem işləyib” –deyə ana bildirib. Lesya Qonqadze deyib ki, bu qətl Kuçmanı hakimiyyətdən salmaq üçün qurulmuş ssenari olub.
“Burada xarici qüvvələr də iştirak edib”-deyə Qonqadzenin anası qeyd edib.

Rəsmi açıqlamada isə Qonqadzenin qətlinin sifarişini keçmiş daxili işlər naziri Yuri Kravçenkonun verdiyi açıqlanır və və DİN sistemində işləyən Pukaç tərəfindən həyata keçirildiyini bəyan edib. Kravçenko bu qətldən bir neçə il sonra, Ukraynada narıncıların” qələbəsindən sonra müəmmalı şəkildə otağında ölmüş vəziyyətdə tapılıb. Rəsmi orqanlar o zaman keçmiş nazirin intihar etməsi xəbərini yaymışdılar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə