Modern.az

Leyla Əliyeva: “Xeyirin şər üzərində qələbəsi...” - AÇIQLAMA

Leyla Əliyeva: “Xeyirin şər üzərində qələbəsi...” - AÇIQLAMA

2 İyun 2015, 22:05


"Çoxları deyir ki, rəsmlərim bir qədər kədərlidir və qəlbimin vəziyyətini əks etdirir. Lakin mən belə hesab etmirəm. Mən insanların çoxuna xas problemləri göstərməyə çalışıram”.

Modern.az saytının məlumatına görə, bu sözləri Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəssamlıq bacarığı haqqında danışarkən deyib.

Leyla Əliyevanın sözlərinə görə, adətən insanlar müsbət emosiyaları daxilində saxlayaraq , mənfi emosiyaları kənara buraxır .

”Axı mənfi emosiyaların da öz gücü var. Ətrafdakı insanlara öz müsbət enerjimizi ötürməliyik, biz isə, bunu etmirik. Şəxsən mən dünyaya çox müsbət yanaşıram. Həmişə elə düşünmüşəm ki, müsbət yanaşma, yaxşı fikirlər, xeyirin şər üzərində qələbəsinə inam dünyanı daha da yaxşı edir. Fikrimcə, hər kəs belə düşünməlidir. Axı fikirlərin də öz cazibə qüvvəsi var. Əgər hər şeyin pis olacağını düşünürsənsə, deməli bu belə də olacaq... Rəsmlərimin digər mövzusu sevgidir. Onlardan bəziləri formaca kifayət qədər həcmlidir. Lakin mən başqa cür edə bilmirəm. İncəsənətdə sərhəd anlayışı ola bilməz".

Leyla Əliyeva poeziya və rəssamlıq sahəsində istedadını artıq çoxdan sübut edib. Onun çoxlu şeirləri və rəsm əsərləri dəfələrlə geniş ictimaiyyətə təqdim edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!