Modern.az

3 ay ərzində sağlamlığı bərpa edən “ŞƏFA ŞİRƏSİ”

3 ay ərzində sağlamlığı bərpa edən “ŞƏFA ŞİRƏSİ”

Mədəni̇yyət

8 İyun 2015, 21:59


Çin təbiblərinin tövsiyyə etdiyi bu içki 3 ay ərzində orqanizmdə əsl möcüzə yaradır. Elə buna görə də loğmanlar ona “şəfa şirəsi” adını veriblər.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.

Hazırlanması çox sadə və vaxt aparmayan “şəfa şirəsi” üçün bir ədəd kiçik ölçülü çuğundur, iki ədəd kök, bir ədəd isə alma lazımdır. Hər üçünü yuduqdan sonra qabığını soymalı, xırda-xırda doğrayıb şirəçəkənə ataraq çəkilməlidir. Çəkildikdən dərhal sonra içmək məsləhət görülür.

“Şəfa şirəsi” orqanizmə necə təsir edir?

1.     Xərçəng xəstəliklərinin profilaktikası üçün effekti vasitədir.

2.     Böyrək, qaraciyər, mədəaltı vəz xəstəliklərinin qarşısını alır.

3.     Yüksək qan təzyiqi üçün xeyirlidir.

4.     Orqanizmin immun sistemini gücləndirir.

5.     Görmə qabiliyyətini yaxşılaşdırır.

6.     Əzələ ağrılarını aradan qaldırır.

7.     Zərərli maddələri orqanizmdən xaric edir.

8.     Bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

9.     Ağızdan xoşagəlməz qoxunu götürür.

10.  Orqanizmə lazım olan gündəlik vitamin tələbatının əsas hissəsini təmin edir.

Bu içki ilə artıq çəkidən də asanlıqla xilas olmaq mümkündür.

“Şəfa şirəsi”ni hər gün eyni vaxtda, səhər saatlarında, qida qəbulundan bir saat əvvəl, yaxud bir saat sonra içmək tövsiyə olunur. Zövqə uyğun olaraq üzərinə bir neçə damcı limon şirəsi də əlavə etmək olar.

Təbii məhsullarla hazırlanan “şəfa şirəsi”ndən özünüzü məhrum etməyin. Gününüzü bu ətirli içki ilə başlayın ki, sağlam bədəninizin sizə verdiyi sağlam ruhla həyatda yeni uğurlara imza atasınız.

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü