Modern.az

FİFA-nın keçmiş prezidentinin erməni sevgilisi - FOTOLAR

FİFA-nın keçmiş prezidentinin erməni sevgilisi - FOTOLAR

9 İyun 2015, 15:53

78 yaşlı Blatter əvvəllər daha 3 dəfə evli olub


FİFA-nın prezidenti vəzifəsindən istefa verdikdən sonra Yozef Blatterin Rusiyalı model İrina Şeyk ilə bir zamanlar sevgi macəraları yaşadığı haqda məlumat yayıldı. Yaxın zamanlara qədər Portuqaliya millisinin və Madridin “Real” klubunun ulduz oyunçusu Ktriştiano Ronaldu ilə birlikdə olan İrina bu məlumatı qətiyyətlə təkzib etdi. Blatterə gəldikdə, onun adı FİFA-dakı korrupsiya qalmaqalı ilə onsuz da bu günlərdə gündəmdən düşmürdü. Bu qalmaqala baxmayaraq, Blatter mayın 29-da yenidən FİFA-nın prezidenti seçilmişdi. Həmin seçkidə diqqəti hər şeydən çox cəlb edən isə onun konqresə yeni sevgilisi ilə gəlməsi idi.

Modern.az saytı xəbər verir ki, 78 yaşlı Yozef  Blatter 6 il tək yaşayıb. 2014-cü ildə isə yenidən özünə sevgili tapıb. Onun adı Linda Barrasdır. 1964-cü ildə anadan olub, uzun illər Kran-Montana kurortunun Valle kantonunda yaşayıb. Erməni kökənli olan Linda daşınmaz mülkiyyət ticarətçisi olan Kristian Barrasla evli olub. Məlum olub ki, o, FİFA-nın keçmiş prezidentini çoxdan tanıyırmış. 2008-ci ildə Blatter və Barras bir yerdə hətta foto da çəkdiriblər.

Blatter buna qədər 3 dəfə evli olub. Əvvəlki arvadı Barbere Kezer ona qız həddiyə edib, ayrılıqlarından sonra uzun müddət dostluq münasibətlərini saxlayıblar. FİFA-nın keçmiş prezidenti ikinci dəfə Barbara Kezer, sonra isə Qratsielle Byanke ilə evlənib. Bu evlilik bir ildən bir qədər çox davam edib.

Blatter üçüncü xanımından 2008-ci ildə ayrılıb, o zaman İsveçrə KİV-lərindən birinə müsahibəsində deyib: “Kim bilir, bəlkə sevgi mənim yanıma yenidən qayıdacaq. Bu, yaş məsələsi deyil”. Belə də olub.

1998-ci ildən FİFA-ya prezident seçilən Yozef Blatter 5-ci dəfə təşkilat rəhbərliyinə seçkilərdə qalib gəlmişdi.

Blatter 1936-cı il martın 10-da İsveçrənin Visp şəhərində anadan olub. 1956-cı ildə Lozanna Universitetinin Hüquq fakültəsini bitirib. Həmin ildən İsveçrə idman jurnalistləri assosiasiyasının üzvüdür. O, professional futbolçu olmayıb, ancaq 1948-ci ildən 1971-ci ilə qədər İsveçrənin həvəskar klublarından birində çıxış edib. 1970-1975-ci illərdə İsveçrənin “Ksamaks” klubunun direktorlar şurasının üzvü olub.

1959-1964-cü illərdə Vale kantonunun turizm üzrə ictimai şurasında şöbə müdiri işləyib. İdman karyerasına hokkey idarəçisi kimi başlayıb. 1964-cü ildə İsveçrə Hokkey Federasiyasının baş katibi postunu tutub.

Beynəlxalq Futbol Federasiyasına (FİFA) 1975-ci ildə texniki direktor kimi gəlib, 1981-ci ilə qədər bu vəzifədə çalışıb. 1981-1998-ci illərdə FİFA katibliyinin baş direktoru vəzifəsini tutub. Blatter ilk dəfə 1998-ci il iyunun 8-də təşkilatın Parisdə keçirilən 51-ci konqresində Joao Avelanjı əvəzləyərək, FİFA prezidenti seçilib.












Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir