Modern.az

Brayzanın Azərbaycana səfir namizədliyi oktyabrın 5-i Senatın gündəliyində olacaq

Brayzanın Azərbaycana səfir namizədliyi oktyabrın 5-i Senatın gündəliyində olacaq

Təhsil

2 Oktyabr 2010, 12:00

Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi məsələsi Senatın oktyabrın 5-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Bu barədə «APA»nın Vaşinqton müxbirinə Senatdan bildiriblər.
Türkiyəyə səfir təyinatı məsələsi də oktyabrın 5-də keçiriləcək iclasın gündəliyinə daxil edilib.

M. Brayzanın namizədliyinin həmin gün səsə qoyulub-qoyulmayacağı məlum deyil. Qeyd edək ki, Metu Brayzanın namizədliyi sentyabrın 21-də Senatın Xarici Əlaqələr Komitəsində keçirilən səsvermədə təsdiqlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə