Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə deputatlığa namzədliyi qeydə alınıb. Bu barədə Modern.az-a MSK-dan məlumat verilib. Sentyabrın 24 –də imza vərəqələrini DSK-ya təqdim edən Y. Bağırzadənin yığdığı imzalarda problem aşkar olunmayıb.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının keçmiş üzvü Yüsif Bağırzadə 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Sonradan siyasi mövqeyini dəyişən Bağırzadə Azərbaycan Demokrat Partiyasının sıralarına keçib.
2005-ci il parlament seçkilərində o, müxalifətin MSK-dakı səlahiyyətli nümayəndəsi göndərilib. 2005-ci ildən sonra aktiv siyasi həyatdan uzaqlaşan Y.Bağırzadə AMİP-in bu il keçirilən qurultayında partiyanın sədri seçilib.
Modern.az