Modern.az

Ayrı-ayrı ölkələrin heyrətləndirici inancları - MARAQLI

Ayrı-ayrı ölkələrin heyrətləndirici inancları - MARAQLI

Mədəni̇yyət

13 İyun 2015, 09:37

Azərbaycanda olduğu ki, dünyanın elmi-texnoloji baxımından ən inkişaf etmiş ölkələrində də insanlar bir çox inanclara xüsusi önəm verirlər.

  Modern.az həmin inancları təqdim edir:  

 1. Rusiya - qonşu dövlətdə  çiçək vermək çox geniş yayılan bir adətdir. Ancaq burada çiçək verməyin də bir ritualı var. Orada insanların verəcəyi çiçək mütləq tək olmalıdır. Çünki onlar  cüt çiçəklərin  yalnız cənazəyə qoyulduğunu düşünürlər.     Ruslara aid başqa bir batil inanc da budur: Küçədə gedərkən biri qarşıdan boş vedrələr daşıyaraq keçsə, onunla üz-üzə gələn adam pul itirəcəyini düşünəcək. Bu inanc bizdə də var.  

2. Bolqarıstan - bu ölkədə də batil inanclar çox məşhurdur. Çox populyar bir ənənəyə əsasən, subay bir qadın masanın kənarında  oturmamalıdır. Əks halda bu qadının ailə quracaq kişi tapmaq üçün şansı olmayacaq.  

3. İspaniya - ispanlar ilin hər ayı üçün 12 üzüm yeyirlər. Onların fikrincə, saat tam 12:00-da, 12 üzümü də yeməklə bütün il boyu şanslı olmaq mümkündür. İşin əyləncəli tərəfi isə odur ki, heç kim bir dəqiqə içində 12 dənə üzüm yeməyi bacarmır.  

4. Skandinaviya ölkələri: Bu ölkələrdə 17 rəqəmi uğursuzluq gətirən bir simvoldur. İtaliyada 17 rəqəmi əks olunan qapı nömrəsi tapmaq çox çətindir. Hətta təyyarə və avtobuslarda da 17 rəqəmi ilə nömrələnmiş oturacaq tapmaq olmaz. Bu qədim romalılardan qalma bir ənənədir.    

5. Türkiyə - Qardaş ölkənin bəzi yerlərində cümə axşamı sarımsaq yemək yaxşı əlamət sayılmır. Eynən bizdəki inanca oxşar olaraq gecələr dırnaq tutmaq qadağandır. Yaxud, tutulan dırnaqlar bir kağıza bükülərək haradasa basdırılır. Bir  ənənəyə görə yeni alınan ayaqqabını həftənin ikinci günü geyinəndə tez cırılar.      

6. Skandinaviya ölkələri - Dünyanın ən inkişaf etmiş ölkələrindən sayılan Şimali Avropadakı Skandinaviya ölkələri müəyyən qədər inancların təsiri altındadırlar. 13 rəqəminin nəhs olması Skandinaviya mifologiyasında bir hekayəyə əsaslanır. Bu hekayəyə görə fırıldaqçı tanrı Loki o biri 12 tanrının qatıldığı bir mərasimə 13-cü olaraq gedir və əyləncə pozulur. Bu inanc bənzər şəkildə Yunan mifologiyasında, Troya müharibəsinin yaranma səbəbi kimi də qəbul olunur.  

Zevsin  verdiyi axşam yeməyinə, 13-cü tanrı olaraq dəvət olunmadan gələn müharibə tanrısı Ares “ən gözələ” yazılı qızıl alma gətirir və üç mühüm ilahə - Afrodita, Here və Athena arasında bu hədiyyə üstündə mübahisə düşür. Nəticədə Troya şəhəri dağıdılır.   Xristianlarda isə Hz.İsanın son axşam yeməyinə qatılan xain Yahuda da 13-cü şəxs  olur. 13 rəqəminin uğursuzluğunu olan inanc hələ də qalmaqdadır. Bu gün də bəzi məşhur otellərdə xüsusilə Amerikada 13 rəqəmi daşıyan otaq və mərtəbə yoxdur.

7. İngiltərə - İngilislər köpək balığı dişinin şans gətirdiyinə inanır. İnanca görə diş əgər boyuna qoyulsa, ən böyük şans da o adamda olur. İngiltərəyə gedərkən yolda boynuna diş əsli birini görsəniz bilin ki, bunun səbəbi dişin şans gətirəcəyinə inanmasıdır.  

Elmin NURİ  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı