Modern.az

Qızıl medal qazanmayanlar qızıl çıxarmağa yollanacaqlar - MARAQLI

Qızıl medal qazanmayanlar qızıl çıxarmağa yollanacaqlar - MARAQLI

Mədəni̇yyət

14 İyun 2015, 09:00


Kütləvi idman tədbirləri, xüsusilə olimpiya oyunları qələbələr və məğlubiyyətlərlə yanaşı həm də maraqlı hadisələrlə yadda qalır. Bu hadisələr zaman-zaman yarıciddi, yarızarafat insanlar tərəfindən lətifələrə çevrilir.

Modern.az saytı hər birimizə bayram ovqatı bəxş edən 1-ci Avropa Oyunları günlərində oxuculara bir-neçə olimpiya gülməcələrini təqdim edir.

***

1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarının açılışı zamanı Breynev tədbir iştirakçılarını salamlamaq üçün kürsüyə qalxır və əlindəki kağızdan mətni oxumağa başlayır: 
- O, o, o, o, o...

Baş katibin bu nitqindən heç kim heç nə anlamır. Çernenko vəziyyətdən çıxmaq üçün tez Breynevə yaxınlaşır və qulağına pıçıldayır: - Leonid İliç oxuduğunuz hərf deyil, olimpiya oyunlarının əsas simvolu olan olimpiya halqalarıdır, mətn aşağıdadır.

***

İosif Stalin olimpiya oyunlarında iştirak edəcək sovet idmanşılarını qəbul edir. Qəlyanını tüstülədərək idmançıların qarşısında ağır addımlarla gəzişir. Nəhayət, ölü sükutu pozan rəhbər üzünü idmançılara tutaraq “xeyir-dua” verir: - Məqsəd birdir, yalnız qələbə. Kim qızıl medal qazanmasa sürgünə, qızıl çıxarmağa göndəriləcək.

***

Olimpiya oyunlarının növbəti günü 100 metr məsafəyə qaçış yarışları başlayır. Azarkeşlər öz idmanşılarına dəstək verməyə başlayırlar.

Amerikalılar:

-Qou, qou, qou...

İspanlar:

-Rapido, rapido, rapido...

Almanlar:

- Şnel, şnel, şnel...

Ermənilər:

- Qaçmayın, durduğunuz yer erməni xalqına məxsusdur.

***

İki afrikalı idmançı söhbət edir. Biri o birindən soruşur:

- Niyə Qış Olimpiya Oyunlarına “Ağ Olimpiada” deyilir?

- Çünki bu oyunlarda qaralar az iştirak edir.

***

ABŞ prezidenti Barak Obama Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyinə olimpiya oyunlarının keçirilməsi ilə bağlı etiraz məktubu göndərir:

“Amerika xalqı adından bəyan edirəm ki, olimpiya oyunlarının arxasında Rusiyanın xeyrinə işləyən, demokratiyaya zidd olan və dünyanın siyasi sabitliyini pozan məqamlar var. Olimpiada keçirilən illərdə baş verən hadisələri faktlarla sizə təqdim edirəm:

1956-cı il, Avstraliya - Sovet İttifaqı Macarıstana qoşun yeridir.

1968-ci il, Meksika - sovet tankları Praqaya daxil olur.

2008-ci il, Çin - Rusiya Gürcüstana qoşun yeridir,

2014-ci il, Soçi - Krım və Donbas”.

Arzu edək ki, Azərbaycanı bir daha dünyaya tanıdan 1-ci Avropa Oyunlarının keçirildiyi 2015-ci il tariximizə həm də böyük Qələbə ili kimi yazılsın. Məşəllərimiz Qarabağda şölələnsin.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı