Modern.az

Tiflisdəki təbii fəlakətdə 4 erməni ölüb

Tiflisdəki təbii fəlakətdə 4 erməni ölüb

15 İyun 2015, 13:57

Tiflisdə baş verən təbii fəlakət zamanı ölənlərdən üçü Yeqizarova soyadlı erməni bacılarıdır. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan məlumat verib.

Ermənistanın Gürcüstandakı səfirinin sözlərinə görə, 3 bacı – Liana (65 yaş), Janna (67 yaş) və Svetlana (48 yaş) Yeqizarova bacıları Gürcüstan vətəndaşları olublar.

Təbii fəlakət zamanı 3 bacı ilə yanaşı, daha bir erməni həlak olub. Onun Nana Tilişvili-Yeqizarova olduğu bildirilir.

İyunun 14-də gecə Gürcüstan paytaxtına sel gəlməsi nəticəsində dəyən ziyanın təxminən 40 milyon lari (18 milyon dollara yaxın) olduğu bildirilir. Yaşayış evləri və heyvanat parkı su altında qalıb. Ölənlərin sayının 12-dən 15-ə qədər olduğu güman edilir.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə