Modern.az

Nəsimiyə görə ölkə xaricindən Azərbaycan ziyalılarına MÜRACİƏT: ”Kömək edin”

Nəsimiyə görə ölkə xaricindən Azərbaycan ziyalılarına MÜRACİƏT: ”Kömək edin”

18 İyun 2015, 23:43


Türkiyədə yaşayan  araşdırmaçı, həmyerlimiz Dimes Hakk Alerli orta əsr Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı Azərbaycan ziyalılarına müraciət edib. Modern.az xəbər verir ki, o, Nəsimi ilə bağlı vacib kitabların, materialların Azərbaycan dilinə tərcümə olunaraq yayılmasını, bununla da Nəsiminin daha düzgün çatdırılması məqsədilə müraciət edib:

“Son zamanlar Azərbaycanda Seyid Nəsimi və Şah İsmayıl Xətai ilə bağlı fərqli müzakirələr aparılır.

Əksər hallarda anlamsız və iftira xarakterli olan bu müzakirələr öz növbəsində elmi yanlışlıqlara səbəb olur. Bu səbəbdən Əhli Haq Hürufilərini və Seyid Nəsimini ilk qaynaqlara istinadən tanımaq çox önəmlidir. Bu sahədə çox faydalı araşdırmaları olan Fatih Usluer kitablarının Azərbaycadankı müəlliflik hüququnu mənə həvalə edib.”

Qeyd edək ki, müraciət edən Dimes Hak özündə ola müəlliflik hüququndan istifadə edərək Azərbaycandakı nəşriyyatlara və tərcüməçilərə Nəsimişünaslıq üçün son dərəcə vacib olan kitabların çapı üçün müraciət edib. Onun sözlərinə görə bu kitabların Bakıda çapı Nəsimi haqqında aparılan yanlış müzakirələrə son qoya bilər.  

Elmin NURİ

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı