Modern.az

Qondarma “DQR” üçün beynəlxalq sərgidə ayrıca pavilyon quraşdırılıb

Qondarma “DQR” üçün beynəlxalq sərgidə ayrıca pavilyon quraşdırılıb

Təhsil

5 Oktyabr 2010, 13:01

Azərbaycanın Almaniyadakı səfirliyi bunu əngəlləmək üçün iş aparır

Sabah Almaniya Federativ Respublikasının Frankfurt şəhərində Beynəlxalq kitab sərgi- yarmarakası öz işinə başlayır. Ermənistanın “Panarmenian” Agentliyi “Artsaxın dostları” cəmiyyətinin sədri Qayane Apinyana istinadən xəbər verir ki, bu sərgidə ilk dəfə olaraq Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq hökuməti də iştirak edəcək.

Beynəlxalq sərgidə qondarma qurum üçün ayrıca pavilyon quraşdırılması nəzərdə tutulub. Xəbərdə bildirilir ki, bu sərgi-yarmarkada “Artsax” “tarixi”, “mədəniyyəti”, ictimai-siyasi həyatına dair  40 kitabla, 5 videoroliklə iştirak edəcək. Qondarma “DQR” sərgidə “erməni yazısı və mədəniyyətinin beşiyi” devizi ilə çıxış etməyə hazırlaşır. 

Modern.az məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edib. XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, məsələdən xəbərdardılar. Azərbaycanın Almaniyadakı səfirliyi bu işlə məşğuldur. 
“Sərgidəki erməni pavilyonu ilə bağlı tədbir görüləcək. Səfirliyimiz hazırda bu işlə məşğuldur. Lazım olan instansiyalara bu barədə mlumat verilib”-deyə E. Poluxov bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə