Modern.az

Erotik filmlərin məşhur “seks ulduz”u vəfat etdi

Erotik filmlərin məşhur “seks ulduz”u vəfat etdi

Mədəni̇yyət

22 İyun 2015, 17:24

Ötən əsrin 70-ci illərinin İtaliya kinosunun ulduzu Larura Antonelli 74 yaşında vəfat edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Roma yaxınlığında yerləşən Ladispoli şəhərində yaşadığı evdə keçinib. 1965-ci ildən kino karyerasına başlayan aktrisa daha çox erotik filmlər ulduzu kimi tanınırdı.

Antonelli “Venera xəz içində” (1969), “Dəlisov seks” (1973), “Aman Tanrım, mən nə qədər alçalmışam” (1974), “Saf və bakirə” (1981) və “Rimini, Rimini (1987) kimi erotik filmlərin əsas ulduzu olub.

1991-ci ildə uğursuz plastik əməliyyatı keçirən aktrisa sifətinin eybəcər hala salınmasına görə əməliyyatı keçirən klinika ilə 13 il məhkəmə çəkişməsində olub.

Əsəbləri dözməyən aktrisa buna görə sarsıntısı keçirib və ömrünün son 25 ilini filmlərə çəkilməyərək Ladispolidəki evində yaşayıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir