Modern.az

Erməni nazir müavini: "Qarabağın müstəqilliyini tanımağı məqsədəuyğun hesab etmirik"

Erməni nazir müavini: "Qarabağın müstəqilliyini tanımağı məqsədəuyğun hesab etmirik"

Təhsil

5 Oktyabr 2010, 17:58

Ermənistan hakimiyyəti indiki məqamda Dağlıq Qarabağın müstəqlliyini tanımaqla bağlı qanun layihəsinin qəbul edilməsini məqsədəuyğyn hesab etmir.  Modern.az-ın erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə parlamentdə çıxış edən xarici işlər nazirinin müavini Şavarş Koçaryan bəyan edib. Onun sözlərinə görə, iqtidar nəinki bu qanun layihəsinin qəbulunu hətta onun müzakirəsini belə yanlış hesab edir. Nazir müavini deputatları qondarma “DQR”-in tanınmasına dair qanun layihəsi ilə bağlı səsvermənin əleyhinə çıxmağa çağırıb.

Erməni hakimiyyətinin Qarabağla bağlı mövqeyini açıqlayan Koçaryan qeyd edib ki, hələlik  Dağlıq Qarabağı danışıqlarda Ermənistan təmsil edir.
“Məqsədimiz Stepanakertin (Xankəndi) danışıqlar stolunda təmsil olunmasıdır”-deyə erməni məkrli niyyətlərini açıqlayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə