Modern.az

"Türkiyə ilə Ermənistan arasında imzalanan protokol Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib"

"Türkiyə ilə Ermənistan arasında imzalanan protokol Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib"

13 Oktyabr 2009, 14:44

Xankəndindən olan millət vəkili, “Dağlıq Qarabagın Azərbaycanlı İcması”  İctimai Birliyinin idarə heyətinin üzvü Həvva Məmmədova  Türkiyə və Ermənistanın yaxınlaşması ilə bağlı Modern.az-a bildirib ki, iki ölkə arasında imzalanan protokol həm Azərbaycan, həm də Türkiyədə böyük narahatlığa səbəb olub: “Bilirsiniz, ötən əsrin əvvəllərində Türkiyə ağır vəziyyətdə olsa da, Azərbaycana qardaşlıq yardımını əsirgəmədi. Bu, azərbaycanlıların əbədilik yadındadır. İndi nə oldu? Bu gün bizdə qondarma "erməni soyqırımı", PKK məsələsi Azərbaycanın problemi kimi qəbul edilir”. 

Deputat Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının bir addımlığında olduğunu bildirib: “Ermənilər həmişə istəyiblər ki, Azərbaycan Türkiyə münasibətləri pozulsun. Bunu indiki dünya da belə istəyir. Amma nə Türkiyə, nə də Azərbaycan ictimaiyyəti bunu istəmir. Nə oldu, söz verilmişdi, torpaqlar işğaldan azad oldumu, insanlar öz torpaqlarına qayıtdılarmı?... Belə cavabsız suallar çoxdur. Xocalı, Meşəli, Ağdaban, Kərkicahan yaddan çıxdımı? Doğrudanmı faciələrimizə göz yumacağıq? Hesab edirəm ki, bu protokol ermənilərin maraqlarına xıdmət göstərir. Bununla Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmaq, faciələri unutdurmaq və Ermənistanla Türkiyə arasında iqtisadi münasibətlər yaratmaq istəyirlər. Hər halda bunlar yalnız Azərbaycan deyil, Türkiyə üçün də məqbul deyil”.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir