Kimya sahəsində Nobel mükafatı amerikalı alim Riçard Hek və yapon alimləri Eiti Neqisi və Akira Sudzukiyə verilib. Modern.az “Nobel” Fondunun rəsmi saytına istinadən bildirir ki, mükafat bu alimlərə orqanik sintez sahəsindəki elmi araşdırmalarına görə verilib.
Bu alimlərin uğurlu araşdırmaları sayəsində unikal tibbi preparatlar və yeni məmulatlar hazırlamaq mümkün olub. Məsələn, plastik material məhz bu alimlərin elmi axtarışlarının bəhrəsidir.
Nobel mükafatının təqdimedilmə mərasimi dekabr ayında keçiriləcək.