Modern.az

Prezidentin qardaşı oğluna iş tapılmır

Prezidentin qardaşı oğluna iş tapılmır

Təhsil

7 Oktyabr 2010, 10:57

Ermənistan prezidenti Serj Sərkisyanın «Saşik» ləqəbli avtoritet qardaşı Aleksanrd Sərkisyanın oğlu Narekə iş tapmaq müşkül olub. Modern.az-ın «Aykakan Jmanak» qəzetinə istinadən verdiyi məlumata görə «Saşik» baş nazir Tiqran Sərkisyandan oğlunu işə düzəltməsini istəyib. Qəzetin yazdığına görə «Saşik» hüquq təhsili olan oğlunu yaxşı vəzifəyə qoymağı tələb edir. Artıq neçə vaxtdır ki, təlaşa düşən hökumət məmurları prezidentin qardaşı oğlu üçün vəzifə axtarışına çıxıblar. Qəzet qeyd edir ki, böyük ehtimalla yaxınlarda Nareki Enerji və Təbiət Resursları Nazirliyində yüksək posta təyin edəcəklər.  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə