Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 5 otaqlı evdə partlayış hadisəsi baş verib. Nəticədə, 1 otağın tavanı 32 kv.m sahədə dağılıb, 2 otağın pəncərələri sınıb, hadisə zamanı evdə olan 3 nəfər yanıq xəsarətləri alıb.
İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Modern.az