Modern.az

Azercell şirkəti Whatsapp-la bağlı açıqlama verdi: ”Məhdudiyyət qoyulmayıb”

Azercell şirkəti Whatsapp-la bağlı açıqlama verdi: ”Məhdudiyyət qoyulmayıb”

İqtisadiyyat

1 İyul 2015, 15:21

«Son günlər mətbuatda gedən yazılara cavab olaraq bildirmək istərdik ki, Azercell şirkəti tərəfindən Whatsapp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayib və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb».

Bu barədə Modern.az-a Azercell şirkətindən bildirilib 

“Məlumat üçün bildirək ki, Azercell şirkəti bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır”-deyə şirkətin açıqlamasında qeyd edilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə