Modern.az

Beynəlxalq təşkilat Milli Məclisin bir komitəsinin 2 qanununu bəyənib

Beynəlxalq təşkilat Milli Məclisin bir komitəsinin 2 qanununu bəyənib

Təhsil

7 Oktyabr 2010, 15:23

“Ümumdünya Ticarət Təşkilatının sədri ilə Amerikanın Azərbaycandakı səfirliyində görüşən zaman o mənə dedi ki, komitənizin hazırladığı “Baytarlıq haqqında” Qanunu bəyənirik və bu sənəd dünya standartlarına cavab verir”.

Modern.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. Komitə rəhbəri hazırladıqları daha bir qanunun da Ümumdünya Ticarət Təşkilatı tərəfindən müsbət rəy aldığını söyləyib: “Bu isə “Fitosantiar nəzarət haqqında” Qanundur. Hesab edirəm ki, bu, yalnız komitənin deyil, bütövlükdə parlamentimizin uğurudur. Bütün bunlar Azərbaycanda qanunvericilik təcrübəmizin standartlara cavab verməsinin göstəricisidir”. 

Modern.az
 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə