Modern.az

Qənirə Paşayeva AŞPA-da müharibədən zərər çəkən azərbaycanlı uşaqlardan danışıb

Qənirə Paşayeva AŞPA-da müharibədən zərər çəkən azərbaycanlı uşaqlardan danışıb

Təhsil

7 Oktyabr 2010, 22:37

Modern.az-ın məlumatına görə AŞ PA-nın payız sessiyasının dördüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətiin üzvü Qənirə Paşayeva türkiyəli deputat Lokman Ayvanın "Xəstə və əlil uşaqların təhsilinin təminat altına alınması" adlı məruzənin müzakirəsi zamanı çıxış edib. Azərbaycanlı deputat bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğalı zamanı yüzlərlə uşaq qətlə yetirilib və yaralanıb, minlərlə uşaq öz sağlamlığını itirib, əlilə çevrilib.

 

Millət vəkili bütün öləkələrdə sivil toplum təşkilatlarının və toplumun məhşur simalarının bu sahədə diqqət və qayğı göstərmələrinin önəmini vurğulayıb.

 

"Bütün öləkələrdə sivil toplum təşkilatlarının və toplumun məhşur simalarının bu cür kampaniayalara geniş dəstək verməsi daha böyük uğuirların əldə edilməsinə imkan yaradar. Azərbaycanın birinci xanımı və eyni zamanda Cənubi Qafqaz regionunda ən böyük sivil toplum təşkilatlarından biri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da xəstə, əlil uşaqların təhsili ilə bağlı böyük layihələr həyata keçirir və məncə, dünyanın hər yerində birinci xanımların bu məsələyə böyük diqqət ayırması, dəstək verməsi müsbət nəticələr verə bilər”.

 

Millət vəkili bu mövzunun Azərbaycan üçün çox aktual olduğunu qeyd edib.

 

"Bu mövzunun mənim ölkəm Azərbaycan üçün çox aktualdur.Çünki Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğalı zamanı yüzlərlə uşaq qətlə yetirildi, minlərlə uşaq öz sağlamlığını itirdi, əlilə çevrildi. Bilirsiniz ki, bu işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı öz torpağından, öz ev-eşiyindən zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrildi. Üstəlik, işğal olunan bölgədən qaçqın və məcburi köçkün düşən yüz minlərlə azərbaycanlının keçirdiyi travmalar, psixoloji travmalar onların dünyaya gətirdikləri uşaqlar arasında xəstə və əlil doğulan uşaqların sayının artmasına səbəb oldu. Bunları ona görə deyirəm ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların zamanında bu işğalı durdurmaq üçün lazımi addımlar atmamasının bu gün minlərlə uşağın sağlamlığını itirməsinə, əlilə çevrilməsinə səbəb olduğunun acı, ürəkağrıdıcı nəticələrini görə bilərsiniz”.

 

Millət vəkili habelə sağlamlığını itirmiş,  xəstə və əlil uşaqların təhsilinin təmin olunması Azərbaycanda ən vacib məsələlərdən biri olduğunu qeyd edib.

 

"Sağlamlığını itirmiş və xəstə və əlil uşaqların təhsilinin təmin olunması Azərbaycanda ən vacib məsələlərdən biridir və bu istiqamətdə bir çox proqramlar həyata keçirilir. Biz xəstə və əlil uşaqların təhsilinə çox böyük diqqət yetirməliyik, çünki gələcəkdə bu insanların bir çoxunun öz həyatlarını təmin etmək üçün fiziki əməklə, fiziki işlərlə məşğul olmaq olmaq imkanları daha məhdud olur. Ona görə də xəstə və əlil uşaqların yüksək səviyyədə təhsili məsələsindən onların gələcəyi, həyatı asılıdır. Bu qəbildən olan uşaqlar digər uşaqlarla birgə oxuması onların psixologiyasına müsbət təsir göstərir, onalr cəmiyyətdən təcrid olunmuş şəkildə böyümürlər və özlərini cəmiyyətin bir parçası hesab edərək həyata daha möhkəm sarılırlar. Biz onların öz potensiallarından istifadə edərək cəmiyyətə öz töhfələrini verməsinə daha geniş imkanlar yaratmalıyıq. Bu xüsusda, biz ailələrlə də iş aparmalıyıq ki, onlar sağlıq imkanları məhdud olan övladlarının təhsilinə böyük diqqətlə yanaşsınlar. Eyni zamanda, cəmiyyətin bu məsələyə həssaslığını artırmaq üçün vətəndaş cəmiyyəti təşkilatları, mətbuat və medianın dəstəyinin artnasına nail olmalıyıq".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə