Modern.az

Milli Qəhrəmanın anasına "Qəhrəman Ana" ordeni verilib

Milli Qəhrəmanın anasına "Qəhrəman Ana" ordeni verilib

Təhsil

7 Oktyabr 2010, 22:50

“Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” Beynəlxalq jurnalı tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anası Şamama xanıma Fondun “Mehriban Ana” ordeni təqdim olunub. Orden ilk dəfədir ki, təqdim edilir. “Dədə Qorqud” Milli Fondunun Prezidenti Eldar İsmayılov Biləsuvar rayonunun Əliabad kəndində ordeni Şamama İbrahimovaya təqdim edərək, Mübariz kimi oğul tərbiyə etdiyinə görə ona minnətdarlıqlarını bildirib. Eldar İsmayılov Milli Qəhrəmanın layiq görüldüyü “Vətən övladı” ordenini isə Mübarizin atası Ağakərim kişiyə təqdim edib.   Valideynlər təltiflərə görə minnətdarlıqlarını bildiriblər. Təqdimat mərasimində Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək, Milli Qəhrəmanın hünər yolundan söhbət açmış, təltiflərə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Mərasim iştirakçıları Milli Qəhrəmanın təhsil aldığı kənd məktəbində də olmuş, ona dərs demiş müəllimlərlə söhbət etmiş, qəhrəmana həsr olunmuş guşəyə baxıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə