Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 9 oktyabr 2010-cu il tarixində yerli vaxtla saat 01:58-də Masallı rayonundan 12 kilometr cənub-qərbdə 12 ballıq cədvəl üzrə episentrdə 3,0 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Masallı şəhərində 2,5 bal gücündə hiss olunub. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.
Modern.az