Modern.az

“Daşnaksütyun”un nümayəndə heyəti Bakıya gəlir....

“Daşnaksütyun”un nümayəndə heyəti Bakıya gəlir....

Təhsil

9 Oktyabr 2010, 15:47

“Sosintern” onların Azərbaycanda keçirləcək toplantıya qatılmaları üçün rəsmi danıışqlar aparır

Oktyabrın11-12-də Bakıda Sosialist İnternasionalına daxil olan MDB, Qafqaz, Qara dəniz Ölkələri üzrə Komissiyasının toplantısı keçiriləcək. Modern.az qurumun rəsmi saytına istinadən bildirir ki, bu toplantıda Avropanın və bölgənin sosial-demokrat, sosialist partiyalarının nümayəndələri iştirak edəcək. İclasın gündəliyinə regional münaqişələrin müzakirəsi, bölgə ölkərində gedən proseslər və sosial-demokratiyanın regionda inkişafı məsələlərinin müzakirəsi daxildir.

İclasda iştirak etmək üçün Bakıya Ermənistandan da nümayəndə heyəti gələməyə hazırlaşır. Düşmən ölkəni “Daşnaksutyün” partiyası təmsil edəcək. Erməni nümayəndə heyətinin tərkibinə “Daşnaksütyun”ün üzvü, Komissiyanın sədri Mario Nalbandyan, və “Daşnaksütyun”un siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan daxildir. Hələlik toplantıya “Daşnaksütyun” nümayəndə heyətinin qatılması sual altındadı.
Belə ki, “Azal”ın Tiflisdəki ofisi onlara bilet satmaqdan imtina edib. “Azal” erməni nümayəndə heyətinin Bakıya gəlməsi üçün onların Azərbaycan səfirliyindən və Azərbaycan Daxili İşlər Nazirliyindən rəsmi razılıq almalarını tələb edir. 

Hazırda Sosialist İnternasionalının rəhbərliyi məsələnin rəsmi həlli ilə məşğuldur. Qeyd edək ki, “Sosintern”in bundan əvvəlki yığıncağı ötən il İrəvanda keçirilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə