“Vahid Rusiya” Partiyası Moskva meri vəzifəsinə namizəd irəli sürdüyü 4 nəfərin siyahısını prezident Medvedevə təqdim edib. Modern.az rus KİV-lərinə istinadən bildirir ki, bu siyahıda Nəqliyyat Nazirliyinin rəhbəri İqor Levitin, RF höküməti aparatının rəhbəri Serqey Sobyanin, Nijniqorod vilayətnin qubernatoru Valeriy Şansev və Moskvanın vitse-mer vəzifəsini səlahiyyətlərini icra edən Lyudmila Şvetsovanın adları var. Onlardan biri, V.Şansev əvvələr sabiq mer Luşkovla işləyib və onun müavini vəzifəsini tutub.
RF prezidentinin mətbuat katibi Natlya Tinmakova bildirib ki, Medvedev artıq siyahı ilə tanış olub və razı qalıb. Prezident onların hər birinin bu vəzifəyə layiq olduğunu deyib. Amma bununla yanaşı prezident bildirib ki, son qərar qanunun tələb etdiyi vaxt, yəni 10 günün tamamında veriləcək.
Lujkov istefaya göndərildikdən sonra bu vəzifəyə müvəqqəti olaraq Moskva merinin birinci müavini Vladimir Resin təyin edilib. Bu günlərdə hakim pariyanın sıralarına tez-tələsik daxil olan Resinin adı təqdim edilən siyahıya salınmayıb.
Modern.az