Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəalı Bakıda Sosinternin toplantısında iştirak edən erməni nümayəndələrinin iştirakına etiraz əlaməti olaraq tədbirin keçirildiyi “Park-İNN” otelinin qarşısına yığışıb. Bu barədə Modern.az-a QAT sədri Akif Nağı məlumat verib.
Onun sözlərinə görə, ermənilərin Bakıya gəlməsi xəyanətdən başqa bir şey deyil.
“Biz ümumiyyətlə hər-hansı bir erməni nümayəndəsinin gəlişinin əleyhinəyik. Xüsusən Bakıya gələn bu daşnaklar vaxtilə Azərbaycanda qanlı terrorlar törədiblər”-deyən A.Nağı qeyd edib ki, belə bir nümayəndə heyətinin Azərbaycana dəvət eləmək heç bir məntiqə sığmır.
“Ermənilər Bakını dərhal tərk eləməlidilər. Qarabağ Azadlıq Təşkilatının tələbi bundan ibarətdir”-deyə QAT sədri vurğulayıb.
Bu saatlarda QAT-çılar aksiya keçirməyə cəhd göstərirlər.
Modern.az