Modern.az

"İnsan Naminə” bloku bəyanatla çıxış etdi

"İnsan Naminə” bloku bəyanatla çıxış etdi

Təhsil

11 Oktyabr 2010, 19:03

“İnsan Naminə” siyasi partiyalar bloku bəyanatla çıxış edib. Blokdan Modern.az saytına verilən məlumata görə, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, müxtəlif dairə seçki komissiyalarının “İnsan Naminə” siyasi partiyalar blokunun deputatlığa irəli sürdüyü namizədlərə qarşı təzyiqləri güclənməkdə və onlara münasibətdə qəbul olunan qərəzli qərarların sayı artmaqdadır.

”Ayrı-ayrı seçki dairələrində blokun irəli sürdüyü namizədlərin qeydə alınmaması üçün ən müxtəlif və yolverilməz vasitələrə əl atılır. “İnsan Naminə” siyasi partiyalar blokunun haqqında danışılan neqativ hallara qarşı etirazından sonra blokun namizədlərinə yönəlik qanunsuz basqılar bir qədər də güclənib.

Bokun parlamentə seçilmək imkanı yetərincə yüksək olan bəzi namizədlərinin qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyalarının əsassız qərarları 07 noyabr seçkilərinin hakimiyyətin “ənənəvi qaydaları”na uyğun keçiriləcəyi təsəvvürünü daha da dərinləşdirir. “İnsan Naminə” siyasi partiyalar blokunun 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən irəli sürdüyü Əfqan Məmmədov və 68 saylı Cəlilabad kənd seçki dairəsindən irəli sürdüyü Fərəc Bayramovun qeydiyyatından imtina edilməsi vurğulanan tendensiyanın bariz nümunəsidir. Qeyd edək ki, Ə.Məmmədovun qeydə alınmasından imtina haqqında qərarın verilməsindən öncə Gəncə şəhər polisinin rəhbər şəxsləri namizədliyini geri götürməsi üçün ona təzyiq göstərmiş, əks halda həbs olunacağını bildirmişlər. 68 saylı dairə seçki komissiyası isə blokun namizədi F.Bayramovun təqdim etdiyi imza vərəqələrinin “etibarsız” olduğunu “sübut etmək” üçün namizədə imza vermiş 70-dən çox seçıcıyə təzyiq göstərmişlər.

“İnsan Naminə” siyasi partiyalar bloku hakimiyyət orqanlarından seçki prosesinə qanunsuz müdaxilələri dayandırmağı, seçki komissiyalarından namizədlərə münasibətdə qeyri-qanuni yanaşmalara son qoymağı tələb edir. Bir daha bəyan edirik ki, blok deputatlığa irli sürdüyü namizədlərin hüquqularının qorunması üçün qanun şərçivəsində bütün zəruri addımları atacaq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə