Modern.az

İlham Əliyev iranlı generalla görüşüb

İlham Əliyev iranlı generalla görüşüb

Təhsil

11 Oktyabr 2010, 19:27

Prezident İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İki ölkə arasında qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu  əməkdaşlığımızın çoxşaxəli olmasının göstəricisidir. (AzərTAc)
Dövlət başçısı digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
Müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb. O, İran Prezidentinin Azərbaycanın dövlət başçısına çox böyük ehtiram bəslədiyini vurğuladı. Ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu qeyd edən Əhməd Vəhidi qarşılıqlı səfərlərin son vaxtlar mütəmadi xarakter daşıdığını dedi və bunu ikitərəfli münasibətlərin inkişafının göstəricisi kimi dəyərləndirib.
Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə